Xədicə İsmayılla Günel Mövlud davası » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Xədicə İsmayılla Günel Mövlud davası

Xədicə İsmayılla Günel Mövlud davası


AzNews.info Müsavat.com-a istinadən xəbər verir ki, son vaxtlar qalmaqallara meyl edən X.İsmayıl facebook statusunda Günel Mövludun rəhbəri olduğu meydan.tv layihəsində dərc olunan yazar Əli Əkbərin "Qrantyeyənlər" yazısına dəstək verməsindən hiddətlənib və belə bir status yazıb:

"Həbsdə olan vicdanlı adamlara atılan şərə dəstək verənləri daha dost adlandıra bilmərəm. Gunel Mövlud, buna haqq qazandıracaqsansa, sənə də dost deməyəcəyəm. Bu da bir çevrilmiş səhifə".

Günel Mövlud isə ona belə cavab verib (Günel Mövludun cavabı statusdan ingilis şriftləri ilə yazılıb, cavabı olduğu kimi dərc edirik): "Bele meseleler dostluq ve ya dushmenchiliikle deyil, arqumentler, faktlar, neticelerle hell edilir. Eli Ekber yazi yazib, sual verib. Hebs edilmeklerine haqq qazandirmayib. Qazandiribsa o cumleni deyin. Amma yoxdur ele bir cumle. Desteklemeye gelince, ona inanan minlerle insani aldadib gelmeyen Rustem Ibrahimbeyovu, hakimiyyetden aldigi pullarla Milli KItab Mukafati kechirib, muxalifetin 15 ildir hakimiyyeti sert tenqid eden yazarini ogurlayib susduran Nigar Kocherlini, Anarin elbuyruqchusu, ozune hakimiyyetden mumkun olan her sheyi almish Qeshem Necefzadeni desteklemek daha yaxshidi? Sen bu adamlari desteklemisen. Sene hormetimiz var. Deyerli ish gorursen. Amma ari peteyinde ana ari rolunu oynamagi sene yarashdirdimiram".

Bu arada Erkin Qədirli də statusa belə bir şərh yazıb: "İndi, gördünüz, mən heç kimi elə-belə blok eləmirəm? Məni qınayırdınız bunları və bunlar kimilərini blok edəndə. Elə bilirdiniz mən bloku şəxsi münasibət kimi edirəm? Adamları sözündən tanıyanam. Xeyli öncədən görə bilirəm kimin haraya tərəqqi etdiyini. Eh, nə isə..."

Ahmed Mukhtar adlı istifadəçi isə yazının müəllifi Əli Əkbərin Mir Cəlal Paşayevin yazısını qrant layihəsi əsasında tərcümə etdiyini bildirib.

Günel Mövlud: "Eli Ekber Mir celal Pashayevi tercume elediyini iyirimi defe ozu metbuata deyib. Tercume edib, qonorarini alib. Halal zehmet chekib, pulunu qazanib. Insanlara yalan danishmayib. Dushukluk elemeyin".

Xədicə İsmayıl isə Günel Mövluda belə cavab verib: "Gunel Movlud, nə Rüstəm İbrahimbəyova, nə də Qəşəm Nəcəfzadəyə dəstək verdiyim barədə bir sübut tapa bilməzsən. Nigar Köçərli rəfiqəmdir, rüşvət vermədən işləyir. Hərçənd ki, özünə və biznesinə olan basqıılara Əli Əkbərdən də, səndən də daha ciddi sinə gərib, yenə də, ona mənim dəstəyim gərək deyil, ziyanı daha çox olar deyə dəstək vermirəm.

Qəşəm Nəcəfzadə kimdir, by the way ? )))) Gunel Movlud, bəlkə aydın olsun deyə, müqayisə edim. Burda sənin və Əli Əkbərin etdiyi o gün Fəxri Hacıbəyli ilə Zamiq Məmmədlinin etdiyindən bəlkə böhtanın masştabı və ifadə tərzi ilə fərqlənir, mahiyyətcə eynidir".

Mənbə: Musavat.Com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *