"DQR" “prezidenti”: "Azərbaycanlılar Qarabağa qayıda bilərlər..."
Azərbaycan qaçqınları Dağlıq Qarabağa qayıda bilərlər, əgər onun yurisdiksiyasını tanıyarlarsa.
Virtualaz.org bildirir ki, bunu Mirror Spectator-a müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan deyib.
Saakyan Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun diplomatik səylərini yüksək qiymətləndirib: "Biz anlayırıq ki, Minsk qrupunun şəxsində beynəlxalq ictimaiyyət bu münaqişənin həlli yolunun tapılmasına çalışır. Ancaq Minsk qrupunun marağı kifayət deyil".
Qaçqınlara gəlincə, Saakyan qeyd edib ki, indi əsasən Azərbaycan qaçqınları haqqında danışırlar: "Biz, təbii, istəyirik ki, yalnız Azərbaycan qaçqınları haqqında yox, həm də ermənilər haqda danışılsın. Biz dəfələrlə bildirmişik ki, Azərbaycan qaçqınları Qarabağa qayıda bilərlər, əgər onlar onun yurisdiksiyasını tanıyarlarsa".
Mənbə:> Virtualaz.org