Minsk qrupunun həmsədrləri Qarabağa səfər edəcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri çümə axşamı Dağlıq Qarabağda münaqişə zonasına səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter-də öz mikrobloqunda məlumat yayıb.
“Bu gün de-fakto hakimiyyətilə görüşmək və təcavüz haqqında informasiyanı birinci əldən almaq üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə bərabər Dağlıq Qarabağa səfər edəcəyik”, - Uorlik yazıb.
Mənbə:> Oxu.Az