Uorlik: ABŞ Qarabağdakı seçkiləri tanımır
Cari ilin sentyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.
“Nazirlərin görüşü BMT-nin Baş Assambleyası çərçivəsində sentyabrda keçiriləcək. Biz ilin sonunda prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəyik”, - ATƏT-in Minsk qrupunu ameriaklı həmsədri Ceyms Uorlik “Azernews” qəzetinə bildirib.
Azərbaycanın işğal edilmiş ərazisində separatçı rejimin “özünüidarəetmə orqanlarına” sentyabrın 13-nə planlaşdırılımış qondarma “seçkilər”ə gəldikdə isə, həmsədr bəyan edib ki, bu “seçkilərin” nəticələri tanınmayacaq.
“ABŞ Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Ona görə də biz, Dağlıq Qarabağın hüquqi statusuna təsir edən qondarma “seçkiləri” tanımırıq”, - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Qarabağda bu yaxınlarda yaranan gərginliyə gəldikdə isə, Uorlik qeyd edib ki, ilin əksər hissəsində təmas xəttində və Ermənistan –Azərbaycan sərhədində qismən sakitlik olub.
Mənbə:> Oxu.Az