Ceyms Uorlikdən açıqlama
Dekabrın 4-5-də ATƏT Nazirlər Şurasının İsveçrənin Bazel şəhərində keçiriləcək toplantısı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər.
AzNews.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, tərəflər 2015-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə müzakirə aparacaqlar.
“Biz həm də noyabrın 12-də baş verən hadisəni və belə halların gələcəkdə təkrar olunmaması üçün görülə biləcək işləri müzakirə edəcəyik” – deyə səfir söyləyib.
Mənbə:> APA