Ştaynmayer Qarabağa gedir
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Qarabağa səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən, Ştaynmayer bu gün, iyunun 23-də, Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
“Berlin görüşünün iştirakçıları davamlı atəşkəs və siyasi danışıqlara qayıdışın əvəzedilməzliyi barədə həmrəydilər. Almaniyanın XİN rəhbəri Minsk qrupu və həmsədrlərin fəaliyyətini dəstəkləyir. ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artıracaq”, - məlumatda qeyd olunur.
Mənbə:> Oxu.Az