Beylikdüzü bələdiyyəsi ərazisində Azərbaycan və Qarabağ Parkı olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Maraqlı

Beylikdüzü bələdiyyəsi ərazisində Azərbaycan və Qarabağ Parkı olacaq

Beylikdüzü bələdiyyəsi ərazisində Azərbaycan və Qarabağ Parkı olacaq

Vətəninfo.az xəbər verir ki, millət vəkili Q.Paşayevanın İstanbul, Beylükdüzündə Azərbaycan küçəsi və Qarabağ parkı açılması təklifini bələdiyyə başaqanı müsbət qiymətləndirib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Istanbulda Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğluilə görüşüb. Məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək,Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda, Beylikdüzündə mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə və orada Qarabağ, Xocalı abidəsinin qoyulacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb.

Beylikdüzü bələdiyyəsi ərazisində Azərbaycan və Qarabağ Parkı olacaq


Azərbaycanı çox sevdiyini deyən Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək hər zaman Azərbaycanı görməkdən məmun olduğunu bildirib.

Mənbə: Vətəninfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *