Qənirə Paşayeva Ankara terrorunu lənətlədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Qənirə Paşayeva Ankara terrorunu lənətlədi

Qənirə Paşayeva Ankara terrorunu lənətlədi


Azərbaycan terrorla mübarizədə həmişə Türkiyənin yanındadır, bunu milllət vəkili Qənirə Paşayeva Doğal xəbər agentliyinə müsahibəsində deyib.

Oxu.Az xəbər verir ki, Q.Paşayeva Ankarada baş verən terror aktını lənətləyərək, Azərbaycanın hər məsələdə Türkiyənin yanında olduğunu vurğuladı.

“Türkiyə vətənimiz qədər vətəndir. Yeri gəlsə, canımızı belə qurban verərik”, Q.Paşayeva dedi.

O həmçinin qeyd etdi ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev, bütün millət vəkilləri, eləcə də bütün sivil cəmiyyəti bu məsələdə qardaş Türkiyənin yanındadı.

Q.Paşayeva Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrin olduğunu vurğuladı.

“Türkiyəni bölmək istəyən xarici qüvvərin məqsədi Türkiyəni zəiflətməkdi. Türkiyəni istədikləri istiqamətə çevirmək istəyirlər. Bunun acısını isə insanlar çəkir. Zamanı gələndə bu terrora əl qoyanlar hesabını verəcəklər”, - deyə millət vəkili qeyd etdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *