Millət vəkili vitse-spikerlə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Millət vəkili vitse-spikerlə görüşdü

Millət vəkili vitse-spikerlə görüşdü


Millət vəkili Qənirə Paşayeva Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçlə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla Xorvatiya arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində münasibətlərin daha da genişlənməsinin məmnunluq yaratdığını deyib. Görüş zamanı Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçə Azərbaycan, xüsusilə Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş məlumatlar verilib.

Qənirə Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Xocalı soyqırımı barədə danışıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Xorvatiyada Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə hər zaman böyük ehtiyac var.

Millət vəkili Qənirə Paşayeva Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçi hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onu Azərbaycana dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Xorvatiya parlamentinin vitse-spikeri Vesna Pusiçlə bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *