Qənirə Paşayeva Tovuzda istedadlı idmançı gənclərlə görüşüb – FOTO
Millət vəkili Q.Paşayeva Tovuzda məktəblərdə istedadlı ismançı gənclərlə görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb.
Rayonun gənc futbolçu qızları ilə görüşən millət vəkili Q.Paşayeva Tovuzun qadın futbolunda öndə olmasından məmun olduğunu amma bunun üçün daha da böyük potensial olduğunu bildirib. Qızları uğurlarına və cəsarətlərinə görə təbrik edən millət vəkili Q.Paşayeva Tovuzdan qadınlardan ibarət Azərbaycan Milli Komanadası üçün bundan sonra da yaxşı futbolçu qızlarımızın yetişəcəyinə inandığını deyib və onlara uğurlar diləyib. Onlara idman formaları hədiyyə edən millət vəkili Q.Paşayevaya qızlar daha da böyük uğurlar qazanacaqlarına söz veriblər. Sonra millət vəkili Q.Paşayeva rayonun Düz Qızıqlı kəndində futbol, həndbol, basketbol və bir sıra digər idman növü ilə məşğul olan gənclərlə görüşüb. Millət vəkili Q.Paşayeva onların rayon səviyyəsində və respublika səviyyəsində artan uğurlarına sevindiyini vurğulayaraq qələbələrin daha da artacağına inandığını deyib. Gənclərə idman formaları hədiyyə edərək, bayramlarını təbrik edən millət vəkili Q.Paşayevaya idmançı gənclər, müəllim və məşqçilər 2017-ci ildə daha böyük uğurlara imza atacaqlarını söyləyiblər.
Millət vəkili Q.Paşayeva idmançı gənclərin məşqlərini də izləyib. O, həmçinin Düz Qırıqlı kənd orta məktəbinin direktoru X.Xasıyeva və müəlimlərlə də görüşüb, onların bayramlarını təbrik edib və 2017-ci ildə daha da böyük uğurlar diləyib. Məktəbin cənab Prezident İlham Əliyevin göstərişi altında ən yüksək səviyyədə təmir edildiyini və yüksək səviyyədə dərslərin, idman yarışlarının keçirilməsi üçün bütün şəraitin yaradıldığını deyən millət vəkili Q. Paşayeva cənab Prezidentə bir daha təşəkkür edirik və inanırıq ki müəllim və şagirdlərimiz bu şəraitdən yararlanaraq daha da böyük nailiyyətlər qazanacaqlar deyib. Millət vəkili Q.Paşayeva eyni zamanda rayonun müxtəlif kəndlərindən olan bir çox istedadlı idmançı uşaqlarla da görüşüb, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Bütün görüşlər zamanı ölkəmizə və millətimizə həm fiziki həm də mənəvi sağlam gənclik lazımdır deyən millət vəkili Q.Paşayeva gəncləri öz üzərlərində çalışaraq beynəlxalq miqyaslı yarışlarda daha çox iştirak etmə haqqı qazanmağa çağırıb və bunu bacaracaqlarına inandığını deyib.
Mənbə:> Azxeber.com