Snayperimiz vuruldu? » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Snayperimiz vuruldu?

Snayperimiz vuruldu?


Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri ermənilərin növbəti uydurmasıdır.

Bu barədə ANS PRESS-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar: "Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Ermənilərin növbəti uydurması guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir".

Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla erməni xalqının fikrini ordusundakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *