Düşməni məhv etmişik
Ermənistanın Müdafiə Nazirliyi yalan məlumatlar yaymaqda davam edir.
Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.
Mənbə:> ANSPRESS