PKK yenə namərdlik etdi
İŞİD-in hücumları qarşısında Kobanidə aciz qalan Türkiyəyə yalvaran PKK terror təşkilatı 3 türk hərbçisini qətlə yetirib.
ANS PRESS-in məlumatına görə, hadisə Türkiyənin cənub-şərqində baş verib.
Belə ki, mülki geyimdə hərbi hissə üçün elektrik avadanlığı almaq istəyən əsgərlər qəfildən PKK-nın hücumuna məruz qalıb. Silahsız əsgərlər hadisə yerindəcə keçinib.
Mənbə:> ANSPRESS