S-300 raketlərini yaradan bakılı Maltada holdinq açır » AzNews.info -Xəbər portalı

S-300 raketlərini yaradan bakılı Maltada holdinq açır – VİDEO

S-300 raketlərini yaradan bakılı Maltada holdinq açır

Uzun müddət Rusiyanın “Almaz-Antey” hərbi-sənaye kompleksinə başçılıq edən, S-300 zenit-raket komplekslərinin (daha sonra S-400 “Triumf” komplekslərinin) yaradıcısı olan keçmiş bakılı İqor Aşurbəyli Maltada holdinq açır.

Virtualaz.org saytı “Malta Today” qəzetinə istinadən xəbər verir ki, hazırda Rusiyanın havadan və kosmosdan müdafiə üzrə məsləhət şurasının sədri olan İqor Aşurbəyli Maltada özünün “Sosium” holdinqinin iki törəmə şirkətini - “ Sosium Malta” və “Sosium-A”nı təsis edib.

Onun dünyanın bir çox ölkələrində bölmələri olan holdinqində 10 mindən çox adam işləyir.

Aşurbəyli 2000-2011-ci illərdə “Almaz-Antey” korporasiyasının prezidenti olub və Rusiyanın hərbi-sənaye kompleksinin pionerlərindən biri hesab olunur. “Almaz-Antey”in tərkibində 46 hərbi zavod olub, o, dünyanın 12 ən iri hərbi sənaye müəssisəsindən biridir.

Azərbaycan ordusunun da sərəncamında olan S-300 zenit-raket komplekslərinin bir neçə modifikasiyası, habelə S-400 “Triumf” (hazırda Rusiyanın hava hücumundan müdafiə kompleksinin əsasını təşkil edir) zenit-raket sistemlərinin yaradıcısı İqor Aşurbəylidir. O, həmçini gələcəkdə S-400 sistemlərini əvəz edəcək S-500 “Samoderjets” sistemlərini dizayn edib.

Hazırda “Almaz-Antey” bu sistemlərin istehsalı üzərində işləyir. S-500 sistemləri qitələrarası ballistik raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.
S-300 raketlərini yaradan bakılı Maltada holdinq açır

İqor Aşurbəyli

İqor Aşurbəyli 1963-cü ildə Bakıda anadan olub. 1985-ci ildə o vaxtkı Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu bitirib, qaz emalı zavodunda mühəndis kimi işə başlayıb. 1989-cu ildə isə Qorbaçovun kooperativlər haqda qərarından faydalanaraq Bakıda “Sosium” adlı kooperativini yaradıb.

1990-cı ildə isə Aşurbəyli Moskvaya gedib. Orada bizneslə məşğul olmağa başlayıb. 1991-ci ildə o vaxtlar tamamilə məxfi saxlanılan “Almaz” hərbi-sənaye müəssisəsinin direktoru Nikolay Polyaşevlə tanış olaraq onunla işləməyə başlayıb. 2000-ci ildə isə bu müəssisənin direktoru olub.

Bir çoxlarının fikrincə, Aşurbəyli əsl Rusiya patriotudur, bəziləri isə onun ABŞ-la şübhəli əlaqələri haqda danışırlar. Hərbi ekspert İqor Korotçenko xüsusi xidmət orqanlarını Aşurbəylinin ABŞ-la şübhəli biznes əlaqələrini araşdırmağa və onun hərbi sirlərə çıxışını məhdudlaşdırmağa çağırmışdı.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *