ABŞ Rusiya ilə silah yarışına çıxıb
ABŞ-da Rusiyanın T-50 qırıcılarını qabaqlamaq üçün yeni hərbi təyyarələr istehsal edirlər.
ANS PRESS-in məlumatına görə, amerikalı hərbi analitik Deyv Macumdar buna aid məqalə yazıb. "ABŞ-da altıncı nəsil F/A-XX qırıcısı hazırlayırlar. Məqsəd Rusiyanın T-50 və Çinin Chengdu J-20 qırıcılarını ötüb keçməkdir. Çünki hal-hazırda bu qırıcılar hərbi aviasiya sahəsində daha mükəmməl maşınlar olaraq qəbul edilirlər", - deyə o bildirib.
Deyv Macumdar ABŞ-ın hərbi sənaye sahəsindən olan bir yüksək rütbəli məmurun sözlərindən sitat gətirərək bunları yazıb: "Rusiyanın T-50 və Çinin J-20 qırıcılarını və onların müasir raket texnologiyasını görəndə aydın olur ki, bizim (ABŞ-red.) üstünlüyümüz daha azdır".
İndi F/A-XX qırıcılarını hazırlayanların qarşısında o qədər də asan olmayan vəzifə durur: onlar hava döyüşləri zamanı hücumlardan yayına biləcək təyyarə xüsusiyyətləri ilə böyük zərbə gücünü təmin edəcək xüsusiyyətləri bir yerə sığışdırmalıdırlar.
Mənbə:> ANSPRESS