Rusiya öz hərbi gücünü göstərməyə hazırlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Video

Rusiya öz hərbi gücünü göstərməyə hazırlaşır – VİDEO

Rusiya öz hərbi gücünü göstərməyə hazırlaşır


May ayının 9-da Rusiyanın paytaxtında Böyük Vətən müharibəsində qələbəyə həsr edilmiş hərbi parad keçiriləcək.

AzNews.info Oxu.Az-a istinadən xəbər verir ki, parad yalnız üçüncü Reyx üzərində qələbənin 70 illiyinə həsr edilməsi ilə deyil, eləcə də hərbi işin bütün həvəskar və peşəkarlarının Rusiya ordusunun yeni silahlarını görəcəkləri ilə maraqlı və mühümdür.

Belə ki, bir il bundan öncə məlum olub ki, Rusiyada paradda ilk dəfə olaraq “Armata” platformasında yeni tank və hərbi maşınlar, “Kurqanes-25” və “Bumeranq” platformasında bronetransporterları və zirehli maşınları, zirehli avtomobillər “Tayfun-U” və digərləri nümayiş etdiriləcək.

Hələlik maşınların texniki xarakteristikaları, ümumilikdə maşınlar haqqında ictimaiyyətə çox az şey məlumdur.

Amma hal-hazırda silahları Qələbə Paradına hazırlaşdıqları Moskvaətrafı Alabinoya gətiriblər.

Bu günlərdə şəbəkədə yeni texnikanın Alabinoya gətirilməsinin əks olunduğu fotolar yerləşdirilib, martın sonunda isə internetdə parada hazırlığın videosu yayılıb.

Videoda yeni hərbi piyada maşını “Kurqanes-25”, bronetransporter “Bumeranq”, “Tayfun-U” zirehli avtomobil, “Koalisiya-CB” artilleriya qurğusunun sıra marşı ilə getmələri əks olunub.

Həmin videonu diqqətinizə çatdırırıq:


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *