Yəmənə hava zərbələri nəticəsində 90 nəfər ölüb
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənə vurduğu hava zərbələri nəticəsində paytaxt Sənada ən azı 90 nəfər ölüb, təxminən 300 nəfər müxtəli dərəcəli xəsarət alıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Nakm rayonunda qadın və uşaqlar arasında xeyli itkinin olduğu bildirilir.
Xatırladaq ki, dünən ərəb mətbuatı xəbər yaydı ki, Səudiyyə Ərəbistanı quru qoşunları Yəmən sərhədinə cəmləyir. Silahlı Qüvvələrin ağır hərbi texnikaları Yəmənlə sərhəddə yerləşən Nadjran şəhəri ərazisinə yerləşdirilir.
Qeyd edək ki, husi usyançıları ilə ərəb koalisiyası arasınfa 5 günlük atəşkəs sabahdan qüvvəyə minəcək.
Mənbə:> Oxu.Az