İran Yəmənə yönlənən aviazərbələri soyqırımı adlandırdı
İran Səudiyyə Ərəbistanı başçılığı ilə koalisiya qüvvələrinin Yəməndə apardıqları əməliyyatı genosid olaraq qiymətləndirir.
ANS PRESS-in məlumatına görə, Sinxua agentliyindən bildiriblər ki, bu barədə İran xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxam bildirib.
“Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu cür fəaliyyəti genosiddir və beynəlxalq konvensiyaya tərs mütənasibdir”- deyə xanım Əfxam bildirib.
Xanım Əfxam Yəmənə qarşı aviazərbələrin dayanması üçün BMT-ni aktiv müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, hazırda Yəmənin böyük hissəsini nəzarətində saxlayan husilərlə Səudiyyə Ərəbistanı arasında atəşkəs razılaşması əldə olunub. 5 günlük atəşkəs çərşənbə axşamı qüvvəyə minəcək.
Mənbə:> ANSPRESS