Beş yeni zavod açılır – VİDEO
Bakıda təşkil olunan Müdafiə Sənayesi Sərgisinə bu gün də diqqət çox olub. Müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib ki, sərgi çərçivəsində bir çox şirkətlərlə müzakirələr aparılıb.
ANS TV-nin məlumatına görə, yeni layihələrin həyata keçirilməsi istqamətində qərarlar qəbul edilib. Bu ilin sonuna kimi beş yeni zavod və yeddi yeni istehsal sahəsi istismara veriləcək. Bununla da zavodların sayı 27-yə, istehsal sahələri 58-ə çatacaq.
Müdafiə sənayesi naziri Yavər Camalov əlavə edib ki, Müdafiə Sənaeysinin yaradılmasında məqsəd ordunu silahla təmin etmək idi. Bu istiqamətədə müəyyən səylərin cəmləşdiyini deyən nazir döyüş sursatları və hərbi texnika ilə ordumuzun tam təmin edildiyini də xüsusi vurğuladı.
“Bu son hadisələrlə bağlı bizim pilotsuz uçuş aparatlarımız verilən tapşırığı tam yerinə yetirib. Belə ki, həm Müdafiə Naziriliyinin həm də Müdafiə Sənyesinin yəni müştərək şirkətin etimadını doğruldub”- deyə nazir bildirdi.
Mənbə:> ANSPRESS