Türk ordusunun gücü » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Türk ordusunun gücü – VİDEO

Türk ordusunun gücü


İnternetdə qardaş Türkiyə ordusunun gücünü göstərən video yayılıb.

ANS PRESS-in məlumatına görə, videonu Türk Silahlı Qüvvələrinin və Türk müdafiə sənayesi məhsullarını xalqa tanıtmaq üçün könüllü olaraq açılan “ANKA” portalı yayımlayıb.

Videoda quru qoşunlarından, hərbi dəniz qüvvələrindən, hərbi hava qüvvələrindən, jandarmeriyadan və sahil mühafizəsindən ibarət ordunun fərəhləndirici güclü təşkilatçılığı yer alıb.

Qeyd edək ki, 2011-ci ilin məlumatına əsasən Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı, ehtiyatda olanları nəzərə almadan, 720 min nəfər təşkil edir. Müharibə dövrünə təcili səfərbərlik üçün ehtiyatda hərbi təhsili olan 90.000 nəfər qədər əsgər səfərbərliyə alına bilər. Türkiyə ordusu çağırış üzrə komplektləşdirilir, orduya çağırış yaşı 20 yaş, icbari hərbi xidmətin müddəti 15 ay təşkil edir. Ordudan ehtiyata buraxılan vətəndaş hərbi vəzifəli hesab edilir və 45 yaşa qədər ehtiyatda olan hərbçi kimi hesaba alınır. Qanuna əsasən müharibə dövründə silah daşımağı bacaran 16 yaşdan 60 yaşa kimi kişilər və 20 yaşdan 60 yaşa kimi qadınlar orduya çağrıla bilərlər.

Qardaş ölkənin ordusu həmişə Azərbaycanı da öz vətəni bilib, Azərbaycan uğrunda döyüşməyə hazır olub. Bunu XX əsrin əvvəllərindən bu yana Azərbaycanın bütün bölgələrində olan yüzlərlə türk əsgəri qəbrləri bir daha isbat edir.

Bu gün də Türkiyə Azərbaycan orduları mütəmadi olaraq hərbi təlimlər keçirir, düşmənə göz dağı yaşadır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *