Nazirlik cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Nazirlik cavab verdi

Nazirlik cavab verdi


Müdafiə Nazirliyi Mətbuat Xidmətinin London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun "The Military Balance-2014" hesabatına münasibət bildirib.

ANS PRESS-in Azərbaycan Silahlı Qüvvələri ilə bağlı verilən məlumatların bəzi məqamlara aydınlıq gətirilməsi üçün Müdafiə Nazirliyi Mətbuat Xidmətinə ünvanlanan sorğuya cavab olaraq aşağıdakılar bildirilib:

“Hesabatda bəzi uyğunsuzluqlar və yanlış fikirlər diqqəti cəlb edir. İlk növbədə bu, Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsidir. Belə ki, 2013-cü ilin sonlarından etibarən Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsini müəyyən edən bütün əsas ixtisaslar üzrə vəzifələr müqavilə əsasında mütəxəssis hərbi qulluqçularla komplektləşdirilir və proses bu gün də davam etdirilir.

Bu, Silahlı Qüvvələrdə olan müasir silah, texnika nümunələrinin idarə olunmasının yüksək bilikli peşəkarlara tapşırılması və bununla da ordunun daha çevik, daha hazırlıqlı, o cümlədən döyüş hazırlıqlı olması məqsədini daşıyır.

Mübahisə doğuran digər məsələ səfərbərlik resurslarının sayının 300 min nəfər göstərilməsidir. Halbuki, bu rəqəm həqiqi göstəricilərdən 3-4 dəfə azdır və ən sadə hesablamalara görə təqribən 1 mln. 200 min nəfər təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən 2014-cü il ərzində və cari ilin fevral ayınadək olan müddətdə keçirilən irimiqyaslı təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 30.000 nəfərədək hərbi vəzifəli təlimlərə cəlb edilməklə hərbi hazırlıqlarını və ixtisas bacarıqlarını təkmilləşdirmişlər. Bu prosesin 2015-ci il ərzində də davam etdirilməsi planlaşdırılır.

Digər bir məsələ isə Azərbaycan Ordusunun silahlanmasındakı döyüş texnikasının sayı ilə bağlıdır. Hərbi texnika üzrə əks olunan rəqəmlərə heç bir şərh vermədən qeyd etmək istərdik ki, bütün göstəricilər üzrə, o cümlədən döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterlərin sayına görə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın öz ərazisində, həm də Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirdiyi qüvvələrdən keyfiyyət və kəmiyyət baxımından qat-qat artıqdır və kifayət edəcək həddədir.

Bu səbəbdən də hesabatdakı Azərbaycan və Ermənistan ordularının müqayisəli cədvəldə əks olunan rəqəmlərin dəqiqliyi şübhə doğurmaqla yanaşı realıqdan da xeyli uzaqdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *