Suriyada Türkiyə hərbi kortejinə hücum edildi
Suriyanın İdlib kantonunda Türkiyə Ordusuna məxsus hərbi kortejə bomba yüklənmiş avtomobillə hücum təşkil edilib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hücum nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.
Hücumun PKK terrorçuları tərəfindən təşkil olunduğu bildirilir.
Mənbə:> Virtualaz.org