Türkiyə-Suriya sərhədində silahlı hücum: Çox sayda ölən var
Hadisə Suriyanın Haseke vilayətinin Qamışlı rayonunda baş verib.
Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.
Oxu.Az cnnturk-ə istinadən xəbər verir ki, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.
Partlayış nəticəsində ilkin məlumatlara əsasən, 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 31 nəfər olduğunu, 170-ə yaxın insanın yaralandığını açıqlayıb.
Eyni zamanda, hadisə nəticəsində 30 evə ciddi zərər dəyib.
Partlayışın gücündən Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda qırılan şüşələr 2 nəfəri yaralayıb.
Məlumata əsasən, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Partlayışdan dərhal sonra Türkiyə Suriya sərhədi boyunca hərbi və polis maşınlarının ətrafa toplaşdığı müşahidə olunur.
Mənbə:> Oxu.az