PKK terrorçuları hərbi hissəyə hücum etdilər – FOTO
Türkiyənin cənubi-şərqində Mardin əyalətində PKK terrorçuları hərbi hissəyə hücum ediblər, nəticədə iki nəfər ölüb, 14 hərbçi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Türkiyənin SQ hərbi hissəsinin atəşə tutulmasından sonra PKK-ya qarşı genişmiqyaslı əməliyyatlar başlanılıb, - nəşr məlumat yayıb.
Son aylarda Türkiyənin cənubi-şərqində PKK yaraqlılarının hərbi hissələrə və polis bölmələrinə hücumlarının sayı artıb.
2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən çox hərbçi həlak olub.
Mənbə:> Oxu.Az