PKK-dan xain hücum: Ölən var

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda PKK terrorçuları yenidən fəallaşıb.
Axar.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında yaranan qarşıdurmada 1 hərbçi həlak olub, 4 nəfər isə yaralanıb.
Yaralılar yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, əməliyyat aparılır.
Mənbə: Axar.az