Əməliyyat davam edir – 9 PKK-çı öldürüldü

Türkiyənin Mardin bölgəsində PKK-ya qarşı hərbi əməliyyatlar davam edir.
Bu barədə Mardin Valiliyi informasiya yayıb. Məlumatda terrorçuların sığınacaq və anbar sahələrinin yerlə-yeksan edildiyi, fövqəladə vəziyyət elan edilən bölgələrdə də vətəndaşların təhlükəsizliyinin ən yüksək səviyyədə qorunduğu bildirilib
Əməliyyatlar zamanı 9 terrorçunun öldürüldüyü, 2 sıravi vətəndaşın da PKK-nın açdığı atəş nəticəsində yaralandığı qeyd edilib.
Mənbə: Axar.az