Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi

Türkiyə qırıcıları 50-yə yaxın terrorçunu məhv etdi


Türkiyənin Hərbi Hava Qüvvələri ölkənin şərqində Tuncəli əyalətində Kürd Fəhlə Partiyasının (PKK) 50 terrorçusunun olduğu qrupa zərbə endirib.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, regionda terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat davam edir.

Terrorçular ötən gecə Ovacıq qəsəbəsində pilotsuz uçan aparatın köməyi ilə müəyyən edilib. Hədəflər müəyyən olunduqdan sonra havaya qaldırılan qırıcılar zərbələr endirib.

Daha sonra xüsusi təyinatlılar qəsəbədə terrorçuların tam məhvi üzrə əməliyyat keçirib.

Jandarmların hərəkətlərini havadan hərbi helikopterlər qoruyaraq yaraqlılara zərbələr endiriblər.

Əməliyyat nəticəsində çoxlu sayda terrorçunun məhv edildiyi bildirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *