Türkiyə şəhidlərinin qisasını alır
Türkiyə aviasiyası Kürdistan Fəhlə Partiyasının (PKK) yaraqlılarının İraqın şimalında yerləşən düşərgələrinə zərbələr endiriblər. NTV telekanalının məlumatına əsasən əməliyyatda 50-dən çox qırıcı təyyarə iştirak edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Kürdistan Fəhlə Partiyasının (PKK) Kandil, Hakurk, Avaşin, Basyan və Metina regionlarındakı baza və düşərgələri atəşə məruz qalıb.
Bu rayonlarda yaraqlıların əsas qüvvələri və yaraqlıların gizləndiyi məkanlar cəmləşib. 20-yə yaxın obyekt məhv edilib, 130-a yaxın bomba atılıb. Kürdistan Fəhlə Partiyasının (PKK) ən azı 40 üzvünün məhv edildiyi bildirilir.
Cari əməliyyat Hakkari bölgəsində 16 hərbçinin qətlindən sonra ordunun terrorçular ilə fəal mübarizə üzrə həyata keçirdiyi tədbirlərin davamıdır.
Mənbə:> Oxu.Az