Türkiyədə polisi qətlə yetirdilər
Türkiyənin cənub-şərqində Şırnak vilayətinin Cizre şəhərində iğtişaşlar zamanı kürd yaraqlılarının polisin zirehli maşınını minaatandan atəşə tutmaları nəticəsində türk polisi həlak olub, bu barədə Anadolu agentliyi şənbə günü bildirib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Türkiyədə qadağan edilmiş Kürd Fəhlə Partiyasının (KFP) yaraqlılarının təşkil etdikləri iğtişaşı yatırmaq üçün polislər hadisə yerinə zirehli texnikada gəliblər.
Zirehli maşınlardan birini yaraqlılar minaatanlardan atəşə tutublar, maşında olan polis həlak olub.
Üç nəfər o cümlədən də polis əməkdaşı yaralanaraq xəstəxanaya çatdırılıblar.
Yaraqlıların axtarışı və zərərsizləşdirilməsi üzrə əməliyyatlar davam edir.
Mənbə:> Oxu.Az