Hərbi dənizçilərimiz “Xəzər kuboku – 2016” yarışlarında iştirak edir
Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.
Dağıstanın Kaspiysk şəhərində suüstü gəmi heyətlərinin “Xəzər kuboku – 2016” beynəlxalq hərbi-dəniz müsabiqəsinə start verilib.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən müsabiqədə Azərbaycan, Qazaxıstan və Rusiyadan olan komandaların heyətində ümumilikdə 130 nəfər iştirak edir.
Qeyd edək ki, “Xəzər kuboku – 2016” üç mərhələdən ibarətdir. Bunlar gəmi silahının təyinatı üzrə istifadəsi, sağqalma uğrunda mübarizə, eləcə də dəniz vərdişləri və xilasetmə hazırlığı üzrə yarışlardır.
Müsabiqənin qalibləri avqustun 11-də müəyyən olunacaq.
Mənbə:> Oxu.az