Azərbaycanda yüksək rütbəli hərbçi dünyasını dəyişdi
Azərbaycan Müdafiə Nazirliyinin İşlər İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Azad Əsədov vəfat edib.
Oxu.Az xəbər verir ki, polkovnik Əsədov dünən torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edib.
Qeyd edək ki, A.Əsədov 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusu sıralarında xidmət edib. 701 saylı briqadanın tərkibində, 1993-cü ilin fevral-aprel aylarında Laçın və Kəlbəcər rayonlarının müdafiəsində, 1994-cü ildə isə “Murovdağ” əməliyyatında iştirak edib.
2013-cü ildə müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyatda olan polkovnik Azad Əsədov Azərbaycan Müdafiə Nazirliyinin İşlər İdarəsinə rəis təyin olunmuşdu.
Onun bir müddət əvvəl səhhəti ilə əlaqədar ordudan tərxis olunduğu bildirilir.
Mənbə:> Oxu.Az