Azərbaycan Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri həbs edildi
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər.
Oxu.Az xəbər verir ki, haqqin.az bu barədə etibarlı mənbələrə istinadən məlumat yayıb.
Daha sonra Səbail rayon məhkəməsi onların barəsində qarşı həbs qətimkan tədbiri tətbiq edib, sayt yazır.
Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər.
Haqqin.az redaksiyasına saxlanılan yüksək vəzifəli zabitlərin adları məlumdur, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb.
Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib.
Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur.
O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.
Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.
Mənbə:> Haqqin.az