Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü

Davudoğlu ermənini özünə baş məsləhətçi götürdü


Türkiyənin baş naziri Əhməd Davudoğlu A komandasına sürpriz bir adı daxil edib.


AzNews.info modern.az-a istinadən xəbər verir ki, “Ağıllı İnsanlar Heyəti”nə də daxil edilən jurnalist-yazar Etyen Mahçupyan Ə.Davudoğlunun baş məsləhətçisi olub.

Məlumatda qeyd edilir ki, Davudoğlu Mahçupyana “Aqil İnsanlar”ın yığıncağında məsləhətçilik təklifini irəli sürüb, Mahçupyan “məmnuniyyətlə” deyərək, təklifi qəbul etdiyini bildirib.

Beləliklə, Mahçupyan Türkiyə hakimiyyətində ilk müsəlman olmayan məsləhətçi kimi tarixə düşəcək.

Mahçupyan 1972-ci ildə Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan “Radikal” qəzeti və ermənilərin “Agos” mətbu orqanında çalışıb.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *