Rauf Arifoğlu istefa verdi
"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasından istefa verib. AzNews.info-nun Musavat.com-a istinadən verdiyi məlumata görə, Rauf Arifoğlu bu barədə yazdığı ərizəni ötən həftə partiya sədrinə təqdim edib.
"Bu ərizə ilə Müsavat Partiyasındakı 23 illik rəsmi üzvlüyümə son verirəm"; "bu qəzetin təsisçisi-baş redaktoru olaraq şəxsimi partiya mükəlləfiyyətinin yaratdığı məcburiyyətlərdən, Partiyamızı isə mənim qəzetçi-iş adamı fəaliyyətimin yaratdığı məsuliyyət və suallardan azad edirəm..." - deyə Rauf Arifoğlu ərizəsində bildirib.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Rauf Arifoğlu təşkilatdan istefa ərizəsini ötən həftə görüşərək, ona təqdim edib. Arif Hacılı özünün Facebookdakı profilində bu barədə belə yazıb: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.
Mənbə:> Musavat.com