Müsavatın Qadınlar Birliyinin sədri partiyadan çıxarıldı » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Müsavatın Qadınlar Birliyinin sədri partiyadan çıxarıldı

Müsavatın Qadınlar Birliyinin sədri partiyadan çıxarıldı



Bu barədə Müsavat Partiyası Xətai rayon təşkilatının sədri Dilşad Ələkbərli bildirib.

O deyib ki, E.Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı qərar bu gün Şuranın iclasında qəbul olunub. Onun sözlərinə görə, E.Məmmədli partiyanın nizamnaməsinin tələblərini pozduğuna, partiya üzvləri arasında antimüsavat təbliğatı aparıb, onları təşkilatdan istefa verməyə təhrik etdiyi üçün partiyadan kənarlaşdırılıb.

D.Ələkbərli əlavə edib ki, Şurada bir neçə nəfər də E.Məmmədlinin onlara zəng edərək Müsavatdan istefa verməyi təklif etdiyini söyləyib.

E.Məmmədli isə APA-ya açıqlamasında bu gün partiyanın qərargahında olduğunu qeyd edib: “Mən orada ola-ola barəmdə məndən xəbərsiz belə bir qərarın qəbul olunmasını düzgün hesab etmirəm. Heç bir partiya üzvünü istefa verməyə təhrik etməmişəm, bu, böhtandır. Qoy həmin şura üzvlərinin adlarını açıqlasınlar”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *