`Kişilik deyə bir şey var axı, Rauf bəy...`
Elşən Musayev
Durum gerçəkdən vahimdir. Müxalif cəbhədə...
Mətbuat düz 3 gündür durmadan “Batumi skandal”ını müzakirə edir. Az qala bütün manşetlər onun haqdadır. Hamı bərabər danışır, hamı bərabər ittiham edir və... güman ki, hamı bərabər də susacaq!
Radikal müxalifət isə “sağ olsun”. Bu mövzuda da bizimlə işləri yoxdur. Onların ümumiyyətlə 3-4 aydır bizimlə işləri yoxdur. Son dönəmlərdə mövcud hakimiyyət, onun höküməti, nazirləri, məmurları nə edirsə, nə deyirsə, nə söyləyirsə - hesab ya Rauf Arifoğlundan sorulur, ya da adamın qardaşı Azər Ayxandan...
Əslində haqqları da var. Tam da “düzgün” yoldadırlar. Fəqət, ortalıqdakı bütün mövzulara və məsələlərə onların öz prizmasından, eyni zamanda sahib olduqları küt, cahil, “zombi” üçbucağından baxarsaq!
Və ya:
1) Baş pirat Əli Kərimli və onun “40 qulduru”(simvolik anlamda) belə bir qənaətdədir ki, ölkə rəhbərliyini söymədən, təhqir etmədən, iftiralar və hədyanlar yağdırmadan müxalifətçilik olmaz, edilməz. Məsələ hər nə olursa olsun: Söyüş təməldir, söyüş bünovrədir, söyüş sütundur!
2) “Azadlıq” adında “zibil yığan maşın” növbəti dəfə iy qaldırır, üfunət püskürür, çalxalanır: Niyə ermənipərəst qüvvələr Batumidə baykot olunub,- deyə. Niyə erməniyə, erməni lobbisinə, erməni təəssübkeşlərinə dəstək verilmir deyə...(verilir yox ha - verilmir deyə!) Niyə hansısa “basyak” bir Çexiya təşkilatı - Azərbaycan DÖVLƏTİ (hakimiyyəti deyil-məhz dövləti!) əleyhinə təxribat hazırladığı zaman – onların fəaliyyətinə özümüzkülər tərəfindən əngəllər yaradılır deyə!
Öz də, Rauf Arifoğlu, əsas sual sənədir e... Hardasan? Nə işlə məşğulsan? Sən necə ermənini qoyub, azərbaycanlı ilə bir masada əyləşə bilərsən? Sən necə Vardanyanı, Petrosyanı, Mıxıçkıtıryanı görməzdən keçib, Azərbaycanın milli maralqrını, mənafeyini müdafiə edə bilərsən? Hə?! Günah deyilmi? “Namus mücəssiməsi”, “əsl azərbycanlı”, ta nə bilim “vicdan vulkanı” Xədicə İsmayıldan ya da canım sizə desin, REAL adlı filosoFİK təşkilatın bazburut kişilərindən, dağ boyda vəkillərindən ayıb deyilmi? Bəs insaf? Bəs mürvət? Bəs müxalifətin ümumi birliyi - filan?
3) Bir zamanlar Əkrəm Əylisli “qatıqladı”, hakimiyyətlə əlbir olub ayranını süzdünüz, Xədicə nə var - nə var erməni ilə dal - dala verib şəkil çəkdirdi, üzərinə getdiniz. İndi də “yazıq” və “mağmun” Çexiya təşkilatı! – Neyləyiblər adamlar? Adi bir təxribatdır da – dünyanın axırımıdır məgər?
Axı....kişilik deyə bir şey var, Rauf bəy! Məsələn, zamanında Elçibəyi satmaq, öz lideri haqda səsli disklər buraxıb – onu rüsvay etmək kişiliyi! Ətrafdakı insanları, kamikadzeləri, 18 yaşlı uşaqları türmələrə sövq edib, ana-bacıları qazamat yollarında qoyub, özünə gəldikdə isə “facebook”dan, isti otaqlardan siyasət yürütmə kişiliyi! Ya da canım sizə desin, 25 illik kəsilən çörəyə, bərabər gəlinən yola anındaca tüpürmək kişiliyi!
Niyə bunlardan heç biri Sizdə yoxdur, Rauf bəy?! Belə müxalifətçilikmi olar? Belə siyasətmi olar?
4) “Xəccə” düz deyir, ay “Yeni Müsavat”çılar, ay müxbirlər, ay redaksiya heyəti: Yazmayın daha ora (ONA!) “Yeni Müsavat”a yazacağınıza gedib “Yeni Azərbaycan”a, “Səs“qəzetinə yazın! Çün, bu ölkədə müxalifətçi olmağın tək yolu Əli Kərimli kimi düşünməkdən, “Azadlıq” qəzetinin manşetlərində veyllənməkdən, erməniyə qucaq açmaqdan, salonlarda bambılı kimi “Əli bəy - Əli bəy”qışqırmaqdan, qoxu, üfunət püskürməkdən keçir...
Yoxsa siz də müxalifətçi olun, Əli bəy də...
İnsaf...
Mənbə:> AzVision.az