"Neftçi" Rauf Əliyevlə yollarını ayırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Neftçi" Rauf Əliyevlə yollarını ayırdı

"Neftçi" Rauf Əliyevlə yollarını ayırdı


"Neftçi" bir neçə gün əvvəl transferə çıхarılan Rauf Əliyevlə müqaviləyə хitam verib.

ANS PRESS-in məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.

"Futbolçu Rauf Əliyevin müraciətini nəzərə alaraq onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Neftçi" PFK 26 yaşlı hücumçuya azad agent statusu verib. Rauf Əliyevə gələcək karyerasında uğurlar arzulayırıq" deyə açıqlamada bildirilir.

Qış fasiləsində "Neftçi"yə transfer olunan Rauf 13 oyunda 539 dəqiqə oynasa da, qol vurmayıb. 26 yaşlı hücumçu bundan əvvəl "Qarabağ", "Bakı" və "Xəzər Lənkəran"da çıхış edib, milli komandamızda 42 oyun keçirərək 7 qol vurub.

Qeyd edək ki, Rauf Əliyev "Neftçi" ilə yanvarda 1,5 illik müqavilə bağlamışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *