"Xəzər Lənkəran" - "Neftçi" matçı bu stadionda olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Xəzər Lənkəran" - "Neftçi" matçı bu stadionda olacaq

"Xəzər Lənkəran" - "Neftçi" matçı bu stadionda olacaq


13-cü tur çərçivəsində oynanılacaq "Xəzər Lənkəran" - "Neftçi" matçının keçiriləcəyi stadion müəyyənləşib.

ANS PRESS-in məlumatına görə, qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

Bütün variantları götür-qoy edən "Xəzər Lənkəran" rəhbərliyi sonda Mərdəkandakı stadionu seçib.

Qeyd edək ki, noyabrın 24-də baş tutmalı olan "Xəzər Lənkəran" - "Neftçi" oyunu ilə bağlı Lənkəran şəhər stadionunun ot örtüyü hələ hazır olmadığından qeyri-müəyyənlik yaranmışdı. "Xəzər Lənkəran" bir neçə gün əvvəl "Neftçi"yə müraciət edərək oyunun "Bakcell Arena"da keçilməsini və paytaxt klubunun ev sahibi olmasını istəmişdi. Lakin "Neftçi"nin bu müraciətə cavabı mənfi oldu. "Ağ-qaralar" həmçinin İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunuda əzəli rəqiblərinə təklif etmişdilər. "Xəzər Lənkəran" tərəfi də bu təkliflə razılaşmamışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *