Fətullah Gülən barədə yeni iddia
Uzun müddətdir ABŞ-ın Pensilvaniya ştatında yaşayan “Xidmət” hərəkatının lideri Fətullah Gülənin sürgünə göndəriləcəyi iddia olunub. ANS PRESS-in Türkiyənin “Təqvim” qəzetinə istinadən verdiyi məlumata görə, terror təşkilatının lideri kimi mühakimə olunması gözlənilən Gülənin Cənubi Afrika Respublikasının (CAR) paytaxtına qaçması üçün camaatın yüksəkçinliləri danışıqlara başlayıblar. CAR prezidenti Yakop Zuma bu fikrə müsbət yanaşmasa da “camaat” Fətullah Gülənin Yohannesburqa yerləşdirilməsi qarşılığında bu ölkəyə böyük investisiyalar qoyacaqlarını vəd ediblər.
Qeyd edək ki, 2013-cü ildə Türkiyədə ali məktəblərə hazırlıq kurslarının bağlanması barədə müzakirələrin başlaması “xidmət” camaatı ilə AKP hökuməti arasında gərginliyə səbəb olmuşdu. Dekabrın 17-də ölkədə başlayan rüşvət və korrupsiya əməliyyatı bu gərginliyi pik həddə çatdırmışdı. Belə ki, Fətullah Gülən camaatının üzvü olan polis əməliyyatçıları AKP hökumətinin 4 nazirinin evində axtarış aparmış, qanunsuz olduğu iddia edilən axtarışdan İstanbul merinin vədaxili işlər nazirinin xəbəri olmamışdı.
Hazırlıq kurslarının fəaliyyətini dayandıracaq layihə parlamentdə qəbul olunaraq prezidentin imzası ilə qüvvəyə minsə də ötən həftə konstitusiya məhkəməsi həmin qanunu ləğv etmişdi.
Mənbə:> ANSPRESS