Azərbaycandan İrana ixrac kəskin azaldı
Avropanın İrana marağı artıb.
2015-ci ilin I yarısında Azərbaycandan İran İslam Respublikasına 11 milyon 619,40 dollar dəyərində məhsul ixrac olunub. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 5 milyon 693,6 min dollar və ya 33% azdır.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İrandan Azərbaycana isə 2015-ci ilin ilk 6 ayında 42 milyon 520,39 min dollar dəyərində məhsul idxal olunub, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 34 milyon 287,32 min dollar və ya 45% azdır.
Bununla belə, İranla “Altılıq” ölkələri arasında nüvə proqramına dair razılığın əldə edilməsindən sonra Avropa ölkələrinin İranla ticarətə marağı artıb.
Belə ki, Oxu.Az xarici mətbuata istinadən bildirir ki, bununla əlaqədar olaraq Fransanın xarici işlər naziri Loran Fabius İranın Tehrana rəsmi dəvətini qəbul edib.
Almaniya kanslerinin müavini və Almaniya iqtisadiyyat naziri S.Qabrielin də rəsmi Tehrana səfəri planlaşdırılır.
Loran Fabius bildirib ki, iki ölkə arasında ticarət hər iki ölkə üçün önəmlidir:
“İki ölkə arasında ticarət hər iki ölkə üçün önəmlidir, böyüməyə təşviq edər”.
Fransız nazir həmçinin qeyd edib ki, biz (Fransua Olland ilə birgə) bu qərarı ticari deyil, strateji qərarlar nəticəsində qəbul etdik. Biz nüvə silahının yayılmasını istəmirik”-deyə, o əlavə edib.
Qeyd edək ki, İngiltərə xarici işlər naziri Filip Hammond isə bildirib ki, ilin sonuna qədər Tehranda yenidən səfirliyimizi açmaq niyyətindəyik.
Mənbə:> Oxu.Az