Rusiya Permyakovun işini Ermənistana verdi
Gümrüdə rusiyalı hərbçi tərəfindən yeddi nəfərin qətlə yetirilməsinə dair iş Ermənistana verilib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə cümə günü ölkə prezidenti Serj Sarkisyanın mətbuat xidməti bildirib.
“Rusiya nəqliyyat naziri, erməni-Rusiya hökumətlərarası komissiyanın həmsədri Maksim Sokolov ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan fürsətdən istifadə edərək bu ilin yanvar ayında Gümrüdə baş verən insanlıqdan uzaq cinayətin istintaqının təşkili üçün Rusiya hüquq-mühafizə orqanlarna əsasən də prokurorluğa Ermənistan prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə təşəkkür edib”, - erməni prezidentinin mətbuat xitmətinin məlumatında bildirilib.
Mənbə:> Oxu.Az