Sarkisyan: Ermənilər Rusiyaya qarşı etiraz etmirlər
İrəvandakı etiraz aksiyaları antirusiya xarakteri daşımır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü Ermənistan prezidenti Serj Sarkisyan erməni-Rusiya Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri, Rusiya Federasiyası nəqliyyat naziri Maksim Sokolov ilə görüşdə bildirib.
“Ermənistan prezidenti İrəvanda artıq bir neçə gündür ki, elektrik enerjisinin bahalaşmasına görə keçirilən aksiyalardan danışarkən, bəzi ekspertlərin bu aksiyalarda antirusiya əhval-ruhiyyəsi tapmağa çalışdığını qeyd edib. O vurğulayıb ki, nümayişçilərin bu ehtimalların absurdluğunu təsdiq etmələri onu sevindirir”, - erməni dövlət başçısının mətbuat xidmətinin məlumatında bildirilir.
Sarkisyan qeyd edib ki, hökumət böhran səviyyəsinin və elektrik enerjisinin maya dəyərinin artması ilə əlaqədar qeyri-populyar addımlar atmağa məcbur qalıb.
Mənbə:> Oxu.Az