Şəhərdə erməni ovuna çıxaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Şəhərdə erməni ovuna çıxaq?

Şəhərdə erməni ovuna çıxaq?


Ermənistanın caz pianoçusu Tiqran Hamasyanın Türkiyənin Qars vilayətindəki Ani xarabalıqlarında konsert verməsi etirazla qarşılanıb. ANS PRESS-in məlumatına görə, Qars “Ülkü Ocaqları”nın (Millətçi qrup) sədri Tolqa Adıgözəl bu torpaqların hər qarışında türk şəhidlərin qanı olduğunu deyib. 1915-ci il hadisələri zamanı minlərlə türkün bu torpaqlarda ermənilər tərəfindən qətlə yetirildiyini deyən Adıgözəl daha yeni – 23 il əvvəl Azərbaycanın Xocalı şəhərində ermənilərin türkləri soyqırımına məruz qoyduqlarını xatırladıb.

“1915-ci il hadisələri zamanı yüz minlərlə müsəlman türk soydaşımız həmin bu ermənilər tərəfindən soyqırımı və qətliamlara məruz qalmadımı? Çox deyil, bundan 23 il əvvəl Azərbaycan Qarabağ bölgəsinin Xocalı şəhərində yüzlərlə soydaşımıza qarşı soyqırımı törədən bu ermənilər deyilmi? Hansı məqsədlə bu cür hərəkət edirlər? Onlara bizim daxilimizdən dəstək verən kimdir? Hansı satılmış mətbuat nümayəndələri onlarla müştərək hərəkət edir? Hamı həddini bilməli və addımını tədbirli atmalıdır. Daxildə və xaricdə satılmış beyinlər səbrimizimi yoxlayırlar? Yoxsa biz də Qars küçələrində erməni ovuna çıxaqmı?”.

Türkiyənin mövqeyinə görə Ermənistandan qarşılıq görə bilməyəcəyini deyən Adıgözəl, Ermənistana gedərək bu ölkədə Türk bayrağı aça bilmədiklərini vurğulayıb.

“Onların müqəddəs saydığı bir yerdə konsert verə bilərikmi, və ya mehtər orkestri apara bilərikmi? Biz indilik bunu edə bilmirik. Amma bu o demək deyil ki, edə bilməyəcəyik. Hamısını qeyd etdik. Bir daha belə bir şey olsa müvafiq addımı atacağıq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Tiqran Hamasyan İrəvan dövlət xorunun müşayiəti ilə Qars şəhərindəki qədim Ani xarabalıqlarında konsert proqramı ilə çıxış edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *