Kanadadan şok “soyqırımı” qərarı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Kanadadan şok “soyqırımı” qərarı

Kanadadan şok “soyqırımı” qərarı


Kanada federativ parlamenti apreli soyqırımı ayı elan edib.

ANS PRESS-in məlumatına görə, iqtidar partiyasının millət vəkili Bred Butun hazırladığı layihə parlamentin şənbə günü keçirilən plenar iclasında səs çoxluğu ilə qəbul olunub.

Kanada erməni milli komitəsi ilə birlikdə hazırlanan layihə, hər il aprel ayında yəhudi holokostu, Ruanda və Ukrayna soyqırımları ilə yanaşı 1915-ci il hadisələrinə dair qondarma erməni iddialarının da soyqırımı kimi qeyd edilməsini nəzərdə tutur.

Kanadada olan erməni diasporunun 20 ildir qanunlaşması üçün mübarizə apardığı layihəyə qarşı çıxması ilə tanınan Lalə Eskicioğlu baş verənləri şərh edərkən Kanadanın türk və erməni toplumlarını ayıran yolu seçdiyini bildirib.

“Kanadalı siyasətçilər ermənilərin əlinə kozır verdilər. Bundan sonra ermənilər aprel ayında Kanada xalqının beyninə qondarma “soyqırımı” iddialarını yeridərkən daha rahat hərəkət edəcəklər. Biz illərdir mübarizə apardıq, amma Kanada iki toplumu bir-birindən ayıran addımı seçdi”.

Xatırladaq ki, Kanada federativ parlamenti 2004-cü ilin 21 aprel tarixində keçirdiyi səsvermə ilə qondarma erməni iddialarını “soyqırımı” kimi qəbul edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *