Gülməli erməni saytları
Azərbaycanda keçirilən ilk Avropa oyunlarının əhəmiyyətini ciddi-cəhdlə azaltmağa çalışan erməni saytlarına baxdıqdan sonra gülməyimi saxlaya bilmədim.
Necə deyərlər, buna hətta bişmiş toyuğun da gülməyi tutur. Onların erməni məntiqinə görə, Bakıda Avropa oyunlarının açılış mərasiminin möhtəşəmliyinə və dolğunluğuna heyran qalmış 50 ölkənin rəsmi təmsilçilərini və idmançılarını heç cür anlmaq mümkün deyil. Belə yerdə Krılovun məşhur təmsilini xatırlamaq yerinə düşər. Təmsildə Allahın neməti olan üzüm əldə edə bilməyən Tülkü deyir: "Uzaqdan gözəldir aldanır nəzər. Baxsana, dəyməmiş gömgöy qoradır, Yeyilmək zamanı onun sonradır".
İstədiyini əldə edə bilməyən tülkü, yəni erməni KİV-lərin əksəriyyəti özünü belə aparır. Amma paxıllığın hələ heç kimə faydası olmayıb.
Həm də İlf və Petrovun məşhur “Qızıl buzov” əsərinin qəhrəmanı Panikovski mişarla kəsdiyi ağırlıq daşlarının içində qızıl olduğuna inamını itirən Şuraya deyirdi: "Kəsin, Şura, kəsin". Mən də ermənilərin bu məyus cızma-qaraçılarına deyərdim: "Yazın, yazın, onsuz da sizin yazdığınızın heç biri çin olmayacaq, çünki ağırlıq daşlarının içinə heç vaxt qızıl doldurulmayacaq".
Nazim Mustafayev
Mənbə:> ANSPRESS