Avropa Oyunlarının açılışına ən çox ATV-də baxılıb
Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasiminin Azərbaycanın hansı telekanallarında daha çox izləndiyi məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, telekanalların auditoriya reytinqinin tərtib edilməsi ilə məşğul olan “AGB-Nilsen” agentliyinin hesabatında bildirildiyinə görə, Azərbaycan izləyicilərinin 21,85 faizi açılış mərasimini ATV telekanalından izləyib.
Hesabatda o da qeyd olunur ki, reytinq cədvəlində ikinci yeri “Space” telekanalı tutur. Azərbaycan əhalisinin 11,66 faizi mərasimi bu telekanaldan izləyib.
“İdman Azərbaycan” kanalı isə tamaşaçı auditoriyasının 10,35 faizini toplaya bilib.
Mənbə:> Virtualaz.org