Avropa Oyunlarının açılış mərasiminə bilet qalmadı » AzNews.info -Xəbər portalı

Avropa Oyunlarının açılış mərasiminə bilet qalmadı

Avropa Oyunlarının açılış mərasiminə bilet qalmadı


Bakı 2015 Avropa Oyunlarının rəsmi Açılış Mərasiminə biletlər artıq satılıb.

Bu barədə Oxu.Az-a Bakı-2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsindən (BEGOC) bildiriblər.

BEGOC-un baş direktoru Simon Kleq oyunların Açılış Mərasiminin tamaşaçılarla dolu stadionda baş tutacağını elan edib.

“Mən, 78 faizi yerli işçilərdən təşkil olunmuş bütün BEGOC heyətinə, təkcə artıq biletləri satılmış Açılış Mərasiminə görə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə öz təşəkkürümü bildirirəm”, - deyə, o, bildirib.

Onu da əlavə edək ki, Bakı 2015 rəsmi veb-saytı Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər üçün Mərasiminin hər anını və səhnəarxası görüntülərini qeydə alacaq.

Açılış Mərasimi Baku2015.com səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *