Avropa Oyunlarının biletləri artıq satışda » AzNews.info -Xəbər portalı

Avropa Oyunlarının biletləri artıq satışda

Avropa Oyunlarının biletləri artıq satışda


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları-2015-in biletləri artıq satışdadır.

Oxu.Az xəbər verir ki, yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır.

Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır.

Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Lakin bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması lazımdır.

Yeganə istisna Heydər Əliyev adına İdman-konsert kompleksi və Milli Gimnastika Arenasında yarışlar olacaq - 16 yaşı tamam olmayanlar biletə görə 1 manat ödəyəcəklər.

Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasimi isə 10 manat təşkil edir.

Biletləri Avropa Oyunlarının baku2015.com rəsmi saytından almaq olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *