Əli Həsənov: Azərbaycanda siyasi məhbus yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Əli Həsənov: Azərbaycanda siyasi məhbus yoxdur

Əli Həsənov: Azərbaycanda siyasi məhbus yoxdur


Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər.

Oxu.Az xəbər verir ki, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir:

“Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur”.

Əli Həsənovun bir daha vurğulayıb ki, Azərbaycan xalqı və dövləti doğru yoldadır.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *