AŞPA-da Azərbaycan qadınlarının ictimai-siyasi fəallığından bəhs olunub » AzNews.info -Xəbər portalı

AŞPA-da Azərbaycan qadınlarının ictimai-siyasi fəallığından bəhs olunub

AŞPA-da Azərbaycan qadınlarının ictimai-siyasi fəallığından bəhs olunub


Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib.

Avropa Şurasının Parisdəki ofisində keçirilən iclasda cari məsələlərlə yanaşı, irqçiliyin qarşısının alınması, silahlı quvvələrdə qadınların hüquqlarının qorunması, zorakılıqla mübarizə, qadınların siyasi təmsilçiliyinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AŞPA-nın prezidenti xanın Ann Brasör və Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni iclasda mövzularla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi, “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova Ann Brasörə İstanbul Konvensiyasina qoşulan ölkələrin bu sahədəki fəaliyyətinin monitorinqinin keçirilməsi üsulları ilə bağlı sual verib.

Azərbaycanlı deputat iclasda AŞPA-nın gələcək sessiyalarının birində “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi" mövzusunda təqdim edəcəyi məruzənin qısa məzmunu barədə məlumat verib, iştirakçıların suallarının cavablandırıb. S.Qafarova, həmçinin Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəal iştirakından bəhs edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *